Cüdo | Tato Qriqalaşvili ardıcıl üçüncü dəfə dünya çempionu oldu #1TVSPORT
Cüdo | Tato Qriqalaşvili ardıcıl üçüncü dəfə dünya çempionu oldu #1TVSPORT

 
Abu-Dabidə davam edən dünya çempionatının üçüncü yarış günündə dünya və Avropa çempionu Tato Qriqalaşvili (81 kq) ardıcıl üçüncü dəfə planetin ən yaxşı cüdoçusu oldu – gürcü idmançı turnirin finalında neytral bayraq altında mübarizə aparan rus idmançı Timur Arbuzovu məğlub etdi.

Bu gün 81 kq-da bürünc medal uğrunda döyüşdə tacik Mahmadbekova məğlub olmuş Dimitri Qoçilaidze də final blokunda mübarizə apardı.

Tato Qriqalaşvili tarixdə üç dəfə dünya çempionu olmuş ilk gürcü cüdoçudur.

Xatırladaq ki, bu günədək dünya birinciliyində yığma komandamızın hesabında iki medal vardı- 20 yaşlı gürcü Qiorqi Sardalaşvili 60 kq-da qızıl, Vaja Marqvelaşvili isə 66 kq-da bürünc medal qazandı.

2023-cü ildə Dohada keçirilən dünya çempionatında Tato Qriqalaşvili (81 kq) və Luka Maisuradze (90 kq) qızıl, Laşa Bekauri (90 kq) gümüş, Qiorqi Sardalaşvili (60 kq) isə bürünc medal qazanmışdı.