Cüdo | Qiorqi Sardalaşvili Dünya Çempionatında ilk qələbəsini qazandı #1TVSPORT
Cüdo | Qiorqi Sardalaşvili Dünya Çempionatında ilk qələbəsini qazandı #1TVSPORT

Qiorqi Sardalaşvili (60 kq) Abu Dabidə keçirilən cari dünya çempionatında cüdo üzrə ilk qələbəsini qazandı. Gürcü Şimali Koreyalı Kvanq Cin Çaeni Vasari ilə məğlub edərək 1/8 finala vəsiqə qazandı.

Turnirin ilk yarış günündə kişilər – 60 kq, qadınlar isə 48 və 52 kq çəki dərəcələrində medallar çəkilləcək.

Dünya çempionatında ilkin görüşlər saat 11:00-da başladl, final bloku isə saat 18:00-da keçiriləcək.

Xatırladaq ki, 2023-cü ildə Dohada keçirilən dünya çempionatında Tato Qriqalaşvili (81 kq) və Luka Maisuradze (90 kq) qızıl medallar, Laşa Bekauri (90 kq) gümüş medal qazandı, Qiorqi Sardalaşvili (60 kq) isə bürünc mükafatçısı oldu.