Cüdo | Gürcüstan millisi Paris Olimpiadasında 10 idmançı ilə mübarizə aparacaq #1TVSPORT
Cüdo | Gürcüstan millisi Paris Olimpiadasında 10 idmançı ilə mübarizə aparacaq #1TVSPORT

Gürcüstanın Milli Olimpiya Komitəsi Beynəlxalq Cüdo Federasiyasından təsdiq alıb. Komandamız Paris Olimpiya Oyunlarında 10 idmançı ilə mübarizə aparacaq.

Bizim yığmamız Parisdə keçiriləcək Olimpiya Oyunlarında kişilər arasında tam tərkibdə çıxış edəcək, üç çəki kateqoriyasında isə qadın cüdoçuları görəcəyik.

Həmçinin, Gürcüstan tarixində ilk dəfə olaraq, qadın və kişilərdən ibarət qarışıq cüdo komandası Olimpiya Oyunlarında mübarizə aparacaq.

Paris Olimpiya Oyunlarında Gürcüstanın Cüdo Olimpiya Komandasının tərkibi:

1. Qiorqi Sardalaşvili (-60 kq.)

2. Vaja Marqvelaşvili (-66 kq.)

3. Laşa Şavdatuaşvili (-73 kq.)

4. Tato Qriqalaşvili (-81 kq.)

5. Laşa Bekauri (-90 kq.)

6. İlia Sulamanidze (-100 kq.)

7. Quram Tuşişvili (+100 kq.)

8. Eter Liparteliani (-57 kq).

9. Eter Askilaşvili (-63 kq.)

10. Sopio Somxişvili (+78 kq.)