Cüdo | Gürcüstan millisi Avropa komanda çempionatının yarımfinalında mübarizə aparacaq
Cüdo | Gürcüstan millisi Avropa komanda çempionatının yarımfinalında mübarizə aparacaq

ninoZaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatı başa çatmaq üzrədir. Bu gün turnirdə komanda yarışı keçirilir. 1/4 finalda İtalianı 4:3 hesabı ilə məğlub edən Gürcüstan millisi yarımfinala vəsiqə qazanıb.

Komandamızdan Bekauri (iki dəfə), Tuşişvili və Şavdatuaşvili qalib gəəldilər. Gürcülər yarımfinalda Xorvatiya millisi ilə qarşılaşacaqlar. Rəqibin məğlubiyyəti halında isə, finalda Fransa və ya Almaniya ilə qarşılaşacaqlar. Ötən il Gürcüstan millisi Avropa çempionu titulunu qazandı.

Xatırladaq ki, fərdi mübarizələrdə Gürcüstan ümumi komanda hesabında birinci yeri tutub. Vaja Marqvelaşvili (66 kq) və Tato Qriqalaşvili Avropa çempionu olublar. Gümüş medalları İlia Sulamanidze (100 kq) və Quram Tuşişvili (+100 kq), bürünc medalları isə Laşa Şavdatuaşvili (73 kq), Laşa Bekauri (90 kq) və Eter Liparteliani (57 kq) qazanıblar.

Qitə birinciliyində komanda yarışının final blokunun canlı televiziya reportajını Gürcüstanın Birinci Kanalı saat 17:00-dan etibarən sizə təqdim edəcək.