Cüdo | Dimitri Qoçilaidze Düşənbənin "Grand Slam"ində bürünc medal qazandı #1TVSPORT
Cüdo | Dimitri Qoçilaidze Düşənbənin "Grand Slam"ində bürünc medal qazandı #1TVSPORT

Tacikistanın paytaxtı Düşənbədə davam edən cüdo üzrə “Grand Slam” yarışlarının ikinci günündə üç gürcü idmançı mübarizə apardı.

81 kq çəki dərəcəsində Dimitri Qoçilaidze final blokunda bürünc medal uğrunda alman Timo Kaveliusa qalib gəldi və Gürcüstan millisinə turnirin ilk medalını qazandırdı.

Bu gün çıxış edən iki cüdoçu Zaur Dvalaşvili (81 kq) və Eter Askilaşvili (63 kq) yarışı medalsız başa vurdu.

Sabah, mayın 5-də Düşənbədə “Grand Slam” yarışının yekun günündə medallar uğrunda iki gürcü – Bakar Eraşvili (90 kq) və Sopio Armenişvili (+78 kq) yarışacaklar.