Cozef Borrell -Gürcüstan hökumətinin Avropa yolundan çıxdığı aydındır və Avropa İttifaqının xarici işlər nazirləri necə hərəkət edəcəklərinə qərar verməlidirlər
Gürcüstan hökumətinin Avropa yolundan çıxdığı aydındır və nazirlər necə hərəkət edəcəklərinə qərar verməlidirlər-bu haqda Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell Brüsseldə, Avropa İttifaqının Xarici İşlər Şurasının iclası başlamazdan əvvəl jurnalistlərə deyib.
Cozef Borrell bildirib ki, bu, Gürcüstanda mövcud vəziyyətin nazirlər səviyyəsində ilkin qiymətləndirilməsidir.
“Gürcüstan hökumətinin Avropa yolundan çıxdığı aydındır və nazirlər necə hərəkət edəcəklərinə qərar verməlidirlər. Gürcüstan məsələsi gündəmdədir. Bu, Gürcüstanda mövcud vəziyyətin nazirlər səviyyəsində ilkin qiymətləndirilməsidir” – Cozef Borrell bildirib.