Corcia Meloni Çinə səfərini yeni mərhələyə başlamaq istəyinin nümayişi adlandırır
Corcia Meloni Çinə səfərini yeni mərhələyə başlamaq istəyinin nümayişi adlandırır

 
İtaliyanın Baş naziri Corcia Meloni Çinə beş günlük səfəri çərçivəsində görüşlərə başlayıb.

İtaliyanın baş naziri çinli həmkarı Li Çianq ilə görüşüb və iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün üç illik plan imzalayıb.

Meloni Çinə səfərini “yeni mərhələyə başlamaq istəyinin nümayişi” adlandırır.

Çinin Baş nazirinin ofisinin yaydığı bəyanatda deyilir ki, iki ölkə kiçik və orta müəssisələr arasında, eləcə də gəmiqayırma, aeronavtika və süni intellekt sahələrində qarşılıqlı faydalı əməkdaşlığı artırmağı hədəfləyir.

Xatırladaq ki, İtaliya Avropa Komissiyasının Çindən idxal olunan elektrikli avtomobillərə 37,6%-ə qədər tarif tətbiq etmək üçün son addımını dəstəkləyən ölkələr arasında olub.