Co Baydenin "Covid-19"a yoluxması təsdiqlənib
Co Baydenin "Covid-19"a yoluxması təsdiqlənib

 
Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin “Covid-19″a yoluxması təsdiqlənib. Ağ Evin məlumatında, Baydenin “Covid”in yüngül simptomlarını göstərdiyi deyilir.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin bəyanatına əsasən, ABŞ Prezidenti peyvənd olunub və gücləndirici doza da qəbul edib. Bununla yanaşı, Karin Jan-Pyer Co Baydenin “Covid-19″u iki dəfə keçirdiyini qeyd edib.

ABŞ Prezidentinin həkimi Kevin O’Konor, Baydendə burun axması və öskürək müşahidə olunduğunu bildirib. Həkimin verdiyi məlumata əsasən, Bayden ABŞ-ın Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzlərinin göstərişlərinə uyğun olaraq Delaverdəki evində təcrid olunacaq.

Məlumat üçün bildirək ki, sözügedən məlumat yayılmamışdan bir neçə saat əvvəl Co Bayden Las-Veqasda tərəfdarları ilə görüşüb. Daha sonra onun seçki öncəsi çıxışı nəzərdə tutulmuşdu və o, bunu ləğv edib. Məlum olub ki, Bayden məhz bu dövrdə “Covid-19”la əlaqədar analiz edilib.