Co Bayden yardım paketinin təsdiqlənməsinin gecikməsinə görə Volodimir Zelenskidən üzr istəyib
Co Bayden yardım paketinin təsdiqlənməsinin gecikməsinə görə Volodimir Zelenskidən üzr istəyib

Fransanın paytaxtı Parisdə ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçirilib.

Bayden yeni hərbi yardım paketinin çatdırılmasını gecikdirdiyinə görə ukraynalı həmkarından üzr istəyib.

“Maliyyə baxımından nə olacağını bilmədiyim həftələr üçün üzr istəyirəm, çünki Mühafizəkar üzvlər qanun layihəsini qəbul etməyimizi çətinləşdirdilər, amma biz bunu etdik.” – Co Bayden bildirib.

ABŞ prezidenti Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketini də açıqlayıb.

“Sən təslim olmursan və heyrətamiz şəkildə mübarizə aparırsan. Biz sizi tərk etməyəcəyik” dedi Bayden.