Co Bayden və Donald Tramp debatların qaydaları ilə bağlı razılaşıblar
Co Bayden və Donald Tramp debatların qaydaları ilə bağlı razılaşıblar

 
ABŞ Prezidenti Co Bayden və prezidentliyə namizəd Donald Tramp debatların qaydaları ilə bağlı razılaşıblar. Bu haqda məlumatı “CNN” yayır.

İyunun 27-də keçiriləcək debat 2024-cü ilin prezident seçkiləri kampaniyası çərçivəsində Bayden və Tramp arasında ilk görüş olacaq.

Namizədlər debatlar boyunca bir namizəd danışarkən mikrofonun söndürülməsinə razılaşıblar. Onlar özləri ilə əvvəlcədən yazılmış mətni gətirə bilməyəcəklər. Debat başlamazdan əvvəl onlara qələm, kağız və su veriləcək.

Həmçinin, məlum olduğu kimi, bu il ilk dəfə olaraq debatın auditoriyası olmayacaq. Ceyk Tepper və Dana Başın moderatorluq edəcəyi translasiya “CNN”in efiri vasitəsilə baş tutacaq.