Co Bayden Rusiya ilə məhbusların mübadiləsi nəticəsində azad edilən jurnalist Alsu Kurmaşevanın övladını brifinqdə ad günü münasibətilə təbrik edib

 

Ağ Evdə keçirilən brifinqdə ABŞ Prezidenti Rusiya ilə məhbusların mübadiləsi nəticəsində azad edilən jurnalist Alsu Kurmaşevanın övladını brifinqdə ad günü münasibətilə təbrik edib.

ABŞ Prezidenti Ağ Evdə azad edilmiş məhbusların ailə üzvləri ilə birlikdə yeniyetməyə ad günü mahnısı oxuyub.

Baydenin qeyd etdiyi kimi, Miriamın sabah 13 yaşı tamam olur və bu doğum gününü anası ilə birlikdə qeyd edəcək.

“Azadlıq” radiosunun jurnalisti Alsu Kurmaşevanı ötən ilin oktyabrında Kazanda saxlayıblar. O, “xarici agent” kimi qeydiyyatdan keçmək üçün sənədləri təqdim etməməkdə və ordu haqqında yalan məlumat yaymaqda ittiham olunurdu. İyulda məhkəmə onu Rusiya ordusu haqqında yalan məlumat yaydığına görə 6,5 il müddətinə azadlıqdan məhrum etmişdi.