Co Bayden NATO sammitində səhvən Volodimir Zelenskini “prezident Putin” adlandırıb
Co Bayden NATO sammitində səhvən Volodimir Zelenskini “prezident Putin” adlandırıb

ABŞ prezidenti Co Bayden NATO sammitində Ukrayna prezidenti Volodimir Zelenskini təqdim edərkən səhvən onu “Prezident Putin” adlandırıb.

“İndi isə sözü əzmi qədər cəsarəti olan Ukrayna prezidentinə vermək istərdim. Xanımlar və cənablar, prezident Putin”, – deyə Bayden bildirib.

ABŞ prezidenti Zelenski mikrofona gəlməzdən bir müddət əvvəl səhvini düzəltdi.

“Prezident Putin? Prezident Zelenski. Mən Putini məğlub etməyə o qədər diqqət yetirmişəm ki…” Bayden əlavə edib.