Co Bayden iyulun 10-da Britaniyanın yeni baş nazirini qəbul edəcək
Co Bayden iyulun 10-da Britaniyanın yeni baş nazirini qəbul edəcək

 
Amerikanın Prezidenti Co Bayden çərşənbə günü, iyulun 10-da Ağ Evdə Böyük Britaniyanın yeni baş naziri Kir Starmeri qəbul edəcək. Məlumatı Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirbi yayır.

“Çərşənbə günü prezident Britaniyanın yeni baş naziri Kir Starmer ilə burada, Ağ Evdə ilk ikitərəfli görüşünü keçirəcək. Həmçinin, prezident alyansın 32 üzvü ilə görüşəcək”- Kirbi qeyd edib.

Bununla yanaşı, cari həftə NATO-Ukrayna Şurasının iclası keçiriləcək. Daha sonra Bayden Volodimir Zelenski və Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişləri imzalayan tərəfdaşların iştirak edəcəyi tədbirə ev sahibliyi edəcək.

“Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək, Ukraynanın şəhərlərini qorumaq üçün sammitdə ABŞ və müttəfiqlərimiz bir sıra bəyanatlar verəcəklər. Bununla yanaşı, NATO alyansı Ukrayna ilə hərbi və siyasi tərəfdaşlığı gücləndirmək üçün mühüm yeni addımlar elan edəcək”- Con Kirbi əlavə edib.