Co Bayden deyir ki, İsrail İranın raket hücumuna necə cavab verəcəyinə qərar verməyib
Co Bayden deyir ki, İsrail İranın raket hücumuna necə cavab verəcəyinə qərar verməyib

ABŞ prezidenti Co Baydenin sözlərinə görə, İsrail İranın raket hücumuna necə cavab verəcəyi ilə bağlı hələ qərar verməyib.

“Düşünürəm ki, onlar necə reaksiya verəcəklərini ölçəndə, daha sonra müzakirə edəcəyik.” – deyə Co Bayden Ağ Evdə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, İsrail dərhal qərar qəbul etmək fikrində deyil. Co Baydenin qeyd etdiyi kimi, o, İsrailin yerində olsaydı, İranın neft yataqlarına zərbə endirmək əvəzinə “başqa alternativlər” haqqında düşünərdi.