"CNN" - Nensi Pelosi şəxsi söhbətində ABŞ Prezidentinə sorğulara əsasən Trampı məğlub edə bilməyəcəyini deyib, Bayden isə bu fikirlə razı olmadığını bildirib
"CNN" - Nensi Pelosi şəxsi söhbətində ABŞ Prezidentinə sorğulara əsasən Trampı məğlub edə bilməyəcəyini deyib, Bayden isə bu fikirlə razı olmadığını bildirib

 

ABŞ-ın Nümayəndələr Palatasının sabiq sədri Nensi Pelosi şəxsi söhbətində Co Baydenə sorğulara əsasən Donald Trampı məğlub edə bilməyəcəyini deyib- bu haqda “CNN”in məlumatında deyilir.

Pelosi, Baydenin ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcəyi təqdirdə, “demokratların” Nümayəndələr Palatasında qalib gəlmə şansını məhv edə biləcəyini bildirib.

“CNN”in mənbəyə istinadən yazdığı üzrə, Bayden Pelosiyə bu fikirlə razı olmadığı cavabını verib, çünki o, qalib gələ biləcəyini göstərən sorğuları görüb.

Nensi Pelosinin sözçüsü “CNN”ə bildirib ki, ABŞ-ın Nümayəndələr Palatasının sabiq sədri cümə günündən sonra Kaliforniyadadır və o vaxtdan bəri Baydenlə danışmayıb, Ağ Evdə isə Baydenin Demokrat Partiyasının qalib gəlməyi planlaşdıran namizədi olduğunu deyiblər.