"CNN" -ABŞ hakimiyyəti Donald Trampa edilən hücumdan bir neçə həftə əvvəl İranın ola bilsin onu öldürməyə hazırlaşması barədə məlumat alıb
"CNN" -ABŞ hakimiyyəti Donald Trampa edilən hücumdan bir neçə həftə əvvəl İranın ola bilsin onu öldürməyə hazırlaşması barədə məlumat alıb

 

ABŞ hakimiyyəti Donald Trampa edilən hücumdan bir neçə həftə əvvəl İranın ola bilsin sabiq prezidenti öldürməyə hazırlaşması barədə məlumat alıb. Məlumat Gizli Xidmətə ötürülüb, nəticədə Donald Trampın mühafizəsi gücləndirilib.

Bu haqda “CNN” xəbər verir.

“CNN”in yazdığı kimi, sözügedən fakt təhlükəsizlik xidmətinin qüsurları ilə bağlı suallar yaradır.

Bununla yanaşı, “CNN”in anonim mənbəyə istinadən xəbər verdiyi üzrə, hazırda Donald Trampa atəş açan Metyu Kruksun İranla əlaqəsi olduğuna dair heç bir sübut yoxdur.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrian Uotson oxşar bəyanatla çıxış edib.

“Sabiq prezident Donald Trampın öldürülməsinə cəhdlə bağlı istintaq davam edir. Bu mərhələdə istintaq atəş açan şəxslə istər xarici, istərsə də yerli olmaqla hər hansı müştərək iştirakçı arasında heç bir əlaqə müəyyən edə bilməyib” – Uotson bildirib.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi, Batlerdə mitinq başlamazdan əvvəl Gizli Xidmət və Trampın seçki qərargahının təhlükə ilə bağlı məlumatlandırıldığını bildirib.

“Prezident Trampın təhlükəsizliyinin təfərrüatlarını şərh etmirik. Bütün suallar Amerika Birləşmiş Ştatlarının Gizli Xidmətinə ünvanlanmalıdır”- seçki qərargahının bəyanatında deyilir.

İranın BMT-dəki Daimi Nümayəndəliyi İranın Trampın öldürülməsinə cəhddə iştirakını təkzib edib.

“Bu ittihamlar əsassız və zərərlidir. İranın nöqteyi-nəzərindən Tramp cəzalandırılmalı və qanuni şəkildə cəzalandırılmalı olan cinayətkardır”- bəyanatda qeyd olunub.