Çində ticarət mərkəzlərindən birində baş verən yanğın nəticəsində azı 8 nəfər həlak oldu
Çində ticarət mərkəzlərindən birində baş verən yanğın nəticəsində azı 8 nəfər həlak oldu

Çində ticarət mərkəzlərindən birində baş verən yanğın nəticəsində azı 8 nəfər həlak oldu, məlumatı “CNN” yayır.

Hadisə Sıçuan əyalətində yerləşən Tsiqonq şəhərinin ticarət kompleksində baş verdi. Yanğın yerli vaxtla saat 18:00-da başladı.

Hadisə yerinə təxminən 300-ə yaxın yanğınsöndürən – xilasedici və onlarla təcili yardım işçisi səfərbər edilmişdi.

Yanğınsöndürən – xilasedicilər təxminən 30-a yaxın insanı təxliyə edə bildi.

Hazırda yanğının baş vermə səbəbi məlum deyil.