Çində magistral körpünün uçması nəticəsində 11 nəfər ölüb
Çində magistral körpünün uçması nəticəsində 11 nəfər ölüb

Çinin Şensi əyalətində avtomobil körpüsünün uçması nəticəsində 11 nəfər ölüb.

Hadisə yerli vaxtla saat 08:40-da Şanluo şəhərində baş verib.

Körpünün uçmasına səbəb seldir.

Dövlət mediasının məlumatına görə, körpünün uçması nəticəsində beş avtomobilin çaya düşdüyü təsdiqlənib, 30 nəfər itkin düşmüş hesab olunur.

Hadisə yerinə 850-dən çox canlı qüvvə, 90 texnika, 20 qayıq və 41 pilotsuz uçan aparat da daxil olmaqla xilasetmə qrupları səfərbər olunub.

Çin lideri Xi Jinping yerli hakimiyyət orqanlarını xilasetmə əməliyyatı üçün bütün tədbirlərdən istifadə etməyə çağırıb.

Onun sözlərinə görə, Çin hazırda daşqınların kritik dövründədir və yerli hökumətlər monitorinq və erkən xəbərdarlıq sistemini gücləndirmək üçün məsuliyyət daşımalıdır.