Çin Xarici İşlər Nazirliyi - Çin Donald Trampın seçkiqabağı toplantısında baş verən atışma hadisəsini izləyir, Si Cinpin ABŞ-ın keçmiş prezidentinə təssüf hissini bildirir
Çin Xarici İşlər Nazirliyi - Çin Donald Trampın seçkiqabağı toplantısında baş verən atışma hadisəsini izləyir, Si Cinpin ABŞ-ın keçmiş prezidentinə təssüf hissini bildirir

Çin prezidenti Si Cinpin ABŞ-ın keçmiş prezidenti Donald Trampa baş vərən hadisəyə görə təssüf hissini bildirir. – Bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibinin bəyanatında deyilir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsünə ABŞ-ın keçmiş prezidenti Donald Trampın yaralanması ilə bağlı Çinin mövqeyi ilə bağlı sual verilib və Hua Çunyinq bildirib ki, Çin cari hadisələri diqqətlə izləyir.

“Çin ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyası mitinqində baş verən atışma hadisəsini izləyir. Dövlət başçısı Si Cinpin ABŞ-ın keçmiş prezidenti Donald Trampa təssüf hissini bildirir”, – məlumatda deyilir.

Məlumat üçün bildirək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Batler şəhərində tərəfdarları ilə görüş zamanı güllələnib. Nəticədə o, xəsarət alsa da, həyatı üçün təhlükə yoxdur. Atışma zamanı mitinqin bir iştirakçısı həlak olub. Daha iki nəfərin vəziyyəti ağırdır. ABŞ Federal Təhqiqat Xidmətinin məlumatına görə, Pensilvaniyada Donald Trampı öldürməyə cəhd olub. Bundan əlavə, istintaq xidməti Trampa hücumda iştirak edən şəxsin 20 yaşlı Tomas Metyu Kruks olduğunu açıqlayıb. Rəsmilərin sözlərinə görə, o, zərərsizləşdirilib.