Çili olimpiyadaya ev sahibliyi etmək qərarını verib #1TVSPORT
Çilinin Prezidenti Qabriel Boriç ölkənin 2036-cı ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini verəcəyini açıqlayıb.
“Çilini tarixində ilk dəfə olaraq Olimpiya Oyunlarının keçirilməsinə namizəd etmək yoluna başlayırıq. 2036-cı ilin oyunlarına ev sahibliyi etmək üçün müraciətin hazırlanması prosesinin başladılması məqsədilə idman naziri Çilinin Milli Olimpiya Komitəsi qarşısında hazırlığımızı rəsmi şəkildə ifadə etdi” – Boriç açıqlayıb.
Çili ilə yanaşı, Meksika, Polşa və Hindistan 2036-cı ilin Olimpiya Oyunlarına ev sahibliyi etmək uğrunda mübarizə aparacaq.