Ceyms O`Brayen 27-29 iyun tarixlərində Azərbaycan və Xorvatiyaya səfər edəcək
Ceyms O`Brayen 27-29 iyun tarixlərində Azərbaycan və Xorvatiyaya səfər edəcək

ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen 27-29 iyun tarixlərində Azərbaycan və Xorvatiyaya səfər edəcək.

Dövlət Departamentinin məlumatına əsasən, O’Brayen Azərbaycanda ABŞ-Azərbaycanın ikitərəfli münasibətlərində irəliləyişi və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına yönəlik dəstəyini vurğulamaq üçün Azərbaycan hökumətinin rəsmiləri, o cümlədən prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.

O’Brayen həmçinin, Azərbaycan tərəfindən insan hüquqlarının müdafiəsi baxımından beynəlxalq öhdəliklərin yerinə yetirilməsi vacibliyini vurğulamaq üçün vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək.

Ceyms O’Brayen Bakıdan Xorvatiyaya yola düşəcək, orada Dubrovnik Forumunda iştirak edəcək və Avropalı tərəfdaşlar və müttəfiqlərlə Qərbi Balkanın Avro-Atlantik inteqrasiyasını müzakirə edəcək.