Ceyms Devid Vens - Tramp Baydenin yanıldığı bütün məsələlərdə haqlı idi, bizə xalq üçün mübarizə aparan lider lazımdır
Ceyms Devid Vens - Tramp Baydenin yanıldığı bütün məsələlərdə haqlı idi, bizə xalq üçün mübarizə aparan lider lazımdır

 
Donald Trampın vitse-prezidentliyə namizədi Ceyms Devid Vens ABŞ Prezidenti Co Baydenin siyasətini tənqid edib. O, bu barədə respublikaçıların qurultayında bəyan edib.

Ceyms Devid Vens, Baydenin Ohayo ştatında onun özünün böyüdüyü cəmiyyətə zərər verdiyini bildirib.

“Bir şəkildə elə oldu ki, Tramp adlı daşınmaz əmlak developeri Baydenin yanıldığı bütün məsələlərdə haqlı idi. Co Bayden hər şeyi qarışdırdı və mənim cəmiyyətim bunun bədəlini ödədi”-Vens bildirib.

O, ölkənin Amerikanı birinci yerə qoyacaq liderə ehtiyacı olduğunu deyib.

“Bu yerin çiçəklənməsi üçün bizə ölkəni quran insanlar üçün mübarizə aparacaq lider lazımdır” – vitse-prezidentliyə namizəd dedi.