Ceyk Sullivan - ABŞ və Ukrayna iyunun 13-də ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq
Ceyk Sullivan - ABŞ və Ukrayna iyunun 13-də ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq

ABŞ və Ukrayna iyunun 13-də ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bildirib.

Sallivanın qeyd etdiyi kimi, ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski İtaliyada “Böyük Yeddilik” sammiti çərçivəsində danışıqlar aparacaq, bundan sonra onlar sazişi imzalayacaqlar.

“Görüşdən sonra liderlər ikitərəfli təhlükəsizlik sazişi imzalayacaqlar ki, bu da dəstəyimizin uzunmüddətli olacağı və əməkdaşlığımıza, xüsusən də müdafiə və təhlükəsizlik sahələrində zəmanət verəcəyinə dair aydın ifadə olacaq”, – Sullivan bildirib.

Ağ Evin nümayəndəsi qeyd edib ki, saziş Ukrayna ordusunun inkişafına da töhfə verəcək.

“Sazişi imzalamaqla biz qərarımızla bağlı Rusiyaya siqnal göndərmiş oluruq”, – deyə Sullivan bildirib.