Cənubi Koreyada litium elementləri zavodunda yanğın nəticəsində həlak olanların sayı 22-yə yüksəlib
Cənubi Koreyada litium elementləri zavodunda yanğın nəticəsində həlak olanların sayı 22-yə yüksəlib

 

Cənubi Koreyada litium elementləri zavodunda yanğında azı 22 nəfər həyatını itirib. Həlak olanların arasında 18-i Çin, biri Laos, ikisi isə Cənubi Koreya vətəndaşıdır.

Yanğın zamanı daha 3 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti kritik ağırdır.

Yayılmış məlumata əsasən, hadisə zamanı zavodda 100-ə yaxın insan olub. Yanğın müəssisədə günün birinci yarısında başlayıb və sürətlə əraziyə yayılıb, bu da ikinci mərtəbədə, anbardakı elementlərin partlamasına səbəb olub. Yayılmış məlumata əsasən, müəssisədə 35 000-dək element saxlanılırmış. Yanğın lokallaşdırılıb.