Çexiyanın Müdafiə Naziri - Mən BMT adına utanıram, məncə Çexiya terrorçuları dəstəkləyən təşkilatdan heç nə gözləməməlidir, gəlin, çıxaq
Çexiyanın Müdafiə Naziri - Mən BMT adına utanıram, məncə Çexiya terrorçuları dəstəkləyən təşkilatdan heç nə gözləməməlidir, gəlin, çıxaq

Çexiyanın müdafiə naziri Jana Çernexova BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməni tənqid edir.

“Mən BMT adına utanıram. Məncə, Çexiya terrorçuları dəstəkləyən və özünümüdafiə kimi elementar hüquqa hörmət etməyən təşkilatdan heç nə gözləməməlidir. Gəlin, çıxaq. Üç həftə əvvəl “Həmas” 1400-dən çox israillini öldürdü ki, bu da 2001-ci il sentyabrın 11-də Amerikada “Əl-Qaiddə”nin öldürdüyündən daha çoxdur. Yalnız 14 ölkə, o cümlədən biz də “HƏMAS” terrorçularının törətdiyi misli görünməmiş terror aktına qarşı birmənalı şəkildə qarşı çıxdıq”, – Çernexova bildirib.

BMT Baş Assambleyası Qəzza sektorunda tərəfləri “dərhal, uzunmüddətli və davamlı humanitar atəşkəs” elan etməyə çağıran qətnaməni 14 əleyhinə 120 leyhinə səslə qəbul edib.