Çexiyanın Baş naziri Ukraynada müharibəni bitirmək üçün Rusiya və Çini sülh təşəbbüslərinə qoşmağı vacib hesab edir
Çexiyanın Baş naziri Ukraynada müharibəni bitirmək üçün Rusiya və Çini sülh təşəbbüslərinə qoşmağı vacib hesab edir

 
Çexiyanın Baş naziri Petr Pavel Ukraynada davam edən müharibəni bitirmək üçün Rusiya və Çini sülh təşəbbüslərinə qoşmağı vacib hesab edir.

Ukrayna mediası, onun bu haqda “CTK” agentliyinə müsahibəsində dediyinə dair məlumat verir.

Pavel, 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində Rusiya-Ukrayna müharibəsində müəyyən yeni yerdəyişmələr gözlədiyini deyib. O, amillərdən biri kimi bir sıra mühüm ölkələrdə, o cümlədən ABŞ-da seçkiləri, eləcə də Rusiya və Ukraynada müharibəyə görə artan yorğunluğunu göstərir.

Rusiyanı sülh sammitinə qoşmağın mümkünlüyü ilə bağlı suala cavab olaraq Petr Pavel qeyd edib ki, bunun real olub-olmadığı hələ məlum deyil, lakin “lazımlı və arzu olunandır”. Eyni zamanda, o qeyd edib ki, Moskva faktiki olaraq Ukraynanın kapitulyasiya şərtlərini təqdim etməklə indiyə qədər olduğu kimi hərəkət etməyə davam etsə, sülh danışıqları mənasız olacaq.

“Lakin, Rusiya və Çin masa arxasında olmasa, dinc danışıqlar imkansız olacaq” – Petr Pavel bildirib.

Çexiyanın Baş nazirinin təbirincə, Çinin Moskvaya real təzyiq olmadan Rusiyanın hərəkətlərini dəyişdirmək imkansız olacaq.