Çexiyada hərbi poliqonlardan birində baş verən partlayış nəticəsində 9 nəfər xəsarət alıb
Çexiyada hərbi poliqonlardan birində baş verən partlayış nəticəsində 9 nəfər xəsarət alıb

 

Çexiyada hərbi poliqonlardan birində baş verən partlayış nəticəsində 9 nəfər xəsarət alıb.

Çexiya ordusunun bəyanatında hadisənin Çexiyanın şərqində yerləşən Libava poliqonunda baş verdiyi qeyd edilib.

Mövcud məlumata əsasən, döyüş sursatı partlayıb. Yaralılara kömək etmək üçün xilasedici helikopterlər prosesə qoşulub. Hadisə ilə hərbi polis məşğul olur.