Bütün Gürcüstan miqyasında mikroavtobusların işləməsi müvəqqəti olaraq dayandırılır

Gürcüstan iqtidarının qərarı ilə, bütün ölkə miqyasında və həmçinin Tbilisidə, bu gündən etibarən, mikroavtobusların xidməti dayandırlıb.

Əhaliyə müvəqqəti olaraq, munisipal nəqliyyat – metro və avtobuslar xidmət edəcək.

Paytaxt meri Kaxa Kaladzenin bəyanatına görə, müvafiq qərarı koordinasiya şurası xüsusi rekomendasiyalar əsasında verdi.

Onun dediyinə görə, ictimai nəqliyyat növlərindən mikroavtobus daha kiçik bir məkanı olan nəqliyyat vasitəsi olaraq, virusun yayılması təhlükəsini daşıyan vasitə olaraq, müzakirə olunur.

“Məktəblər və uşaq bağçaları bağlıdır, şəhərdə gün ərzində hərəkət edənlərin sayı azdır və müvəqqəti olaraq, metro və avtobusların xidməti kifayətdir” – dedi paytaxt meri Kaxa Kaladze.