Buxarestdə havanın temperaturunun yüksək olmasına görə bir neçə xəstəxana işıqsız qalıb
Buxarestdə havanın temperaturunun yüksək olmasına görə bir neçə xəstəxana işıqsız qalıb

 
Rumıniyanın paytaxtı Buxarestdə şəbəkə problemlərinə səbəb olan yüksək elektrik enerjisi istehlakı fonunda bir neçə böyük xəstəxana işıqsız qalıb. Havanın temperaturunun yüksək olması elektrik enerjisinin həddindən artıq istehlakı ilə nəticələndi.

Ölkədə havanın temperaturu 40 dərəcəni aşır.

Yerli media xəstəxanalardan birinin planlaşdırılmış əməliyyatları təxirə saldığını, təcili yardıma ehtiyacı olan pasiyentlərin təcili yardım avtomobilləri ilə digər ixtisaslaşdırılmış xəstəxanalara köçürüldüyünü yazır.

Ölkənin Səhiyyə Nazirliyində xəstəxanaların ehtiyat enerji ilə təmin olunması məsələsinin müzakirə edildiyi təcili iclas keçirilib.