Brüsseldə səfərdə olan İrakli Ğaribaşvili mayın 18-də Yens Stoltenberqlə görüşəcək
Brüsseldə səfərdə olan İrakli Ğaribaşvili mayın 18-də Yens Stoltenberqlə görüşəcək

 

Brüsseldə səfərdə olan Gürcüstanın baş naziri İrakli Ğaribaşvili mayın 18-də NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək.

Görüş Şimali Atlantika Müqaviləsi Təşkilatının baş qərargahında baş tutacaq.

Görüşdən sonra birgə bəyanatların verilməsi nəzərdə tutulmayıb.

Görüş barədə məlumatı NATO-nun mətbuat xidməti yayır.