Britaniyanın "EasyJet" aviaşirkəti London, Cenevrə və Milandan Tbilisi istiqamətində uçuşlar həyata keçirəcək
Britaniyanın "EasyJet" aviaşirkəti London, Cenevrə və Milandan Tbilisi istiqamətində uçuşlar həyata keçirəcək

 

Britaniyanın aşağı büdcəli “EasyJet” aviaşirkəti 2025-ci ildən Gürcüstanın hava bazarına daxil olur.

“EasyJet” London, Cenevrə və Milandan həftədə iki tezliklə Tbilisi Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçirəcək.

Cenevrədən Tbilisi istiqamətində ilk hava reysi 2025-ci ilin martın 31-də həyata keçiriləcək. Aprelin 1-dən isə London və Milan istiqamətində birbaşa uçuşlar başlayacaq.

Britaniyanın çoxmillətli aşağı qiymətli “EasyJet” aviaşirkəti 29 il əvvəl yaradılıb və hazırda 35 ölkədə 1000-dən çox istiqamətə uçuşlar həyata keçirir. Aviaşirkətin baş ofisi Londonun Luton aeroportunda yerləşir.