Britaniyanın baş naziri - Amerika xalqının qərarına hörmətlə yanaşıram, xalq kimi seçəcəksə, onunla işləyəcəyik
Britaniyanın baş naziri - Amerika xalqının qərarına hörmətlə yanaşıram, xalq kimi seçəcəksə, onunla işləyəcəyik

Mən Amerika xalqının qərarına hörmətlə yanaşıram və xalq kimi seçəcəksə, biz onunla işləyəcəyik. ABŞ etibarlı müttəfiqdir. Bu, uzun illərdir ki, belədir və siz bunu sadəcə on gün əvvəl NATO Şurasında gördünüz, – bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib, o, Amerikanın NATO alyansındakı rolundan və Böyük Britaniya ilə ABŞ-ın gələcək birliyi barədə danışıb.

Bununla yanaşı, Kir Starmerin söylədiyinə görə, NATO-nun rolu yarandığı vaxt qədər indi də vacibdir.

“Aydındır ki, ilk növbədə kimin namizədliyini irəli sürəcəyinə Demokrat Partiyası qərar verməlidir. Sonra Amerika xalqı kimin onların prezidenti olmaq istədiklərinə qərar verməlidir. Mənim yanaşmam belə olacaq: onların qəbul etdiyi qərara hörmətlə yanaşıram və amerika xalqı kimi seçəcəksə, biz onunla işləyəcəyik.Təbii ki, ABŞ etibarlı müttəfiqdir. Bu, uzun illərdir ki, belədir və siz bunu cəmi on gün əvvəl NATO Şurasında gördünüz. Hamımız aydın başa düşürük ki, getdikcə daha həssas bir dünya ilə qarşı-qarşıyayıq. Hesab edirəm ki, alyansın yerinə yetirməli olduğu NATO-nun rolu onun yarandığı qədər vacibdir”, – Britaniyanın xarici işlər naziri Kir Starmer bildirib.

Dünən məlum olub ki, Co Bayden 2024-cü il prezident seçkilərində namizədliyini geri çəkir və Demokratların namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəkləyir.