Brazilyanın keçmiş prezidentini həbs etdilər
Brazilyanın keçmiş prezidentini həbs etdilər

Braziliyanın ali məhkəmə instansiyası olan Federal Ali Məhkəmə eks-prezident Luis İnasio Lula da Silvanın həbsxanaya yerləşdirilməsi barədə qərar çıxarıb.

Qərar ölkənin eks-prezidentinin korrupsiyada ittiham olunması ilə əlaqədardır.

Məhkəmə iclası ədliyyə orqanının “YouTube” kanalı ilə birbaşa yayımlanıb.

Verdiktə əsasən, Lula da Silva yaxın vaxt ərzində artıq həbsxanaya yerləşdiriləcək.