Böyük Britaniyanın yeni təyin olunmuş xarici işlər naziri Almaniyada Analena Berbok ilə görüşüb
Böyük Britaniyanın yeni təyin olunmuş xarici işlər naziri Almaniyada Analena Berbok ilə görüşüb

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lamm ilk səfəri çərçivəsində Almaniyaya səfər edib.

Böyük Britaniyanın xarici işlər naziri almaniyalı həmkarı Analena Berbok ilə görüşüb. Devid Lam bu barədə sosial şəbəkədə məlumat yayıb.

“Avropalı dostlarımız və müttəfiqlərimizlə münasibətləri bərpa etməyin vaxtıdır. Buna görə də mən Almaniyada xarici işlər naziri kimi ilk səfərimdəyəm”, – Lam yazıb.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə tərəflər Ukraynaya dəstək məsələlərini və Yaxın Şərqdə cərəyan edən hadisələri müzakirə ediblər. Xarici İşlər Nazirliyinin sosial şəbəkəsində yayılan məlumata görə, görüşdə ABŞ prezidenti Co Baydenin planının “müharibə dalanından yeganə çıxış yolu” olduğu qeyd edilib.