Böyük Britaniyanın yeni təyin olunmuş baş naziri Avropa İttifaqı ilə mövcud ticarət sazişinə yenidən baxmağı planlaşdırır
Böyük Britaniyanın yeni təyin olunmuş baş naziri Avropa İttifaqı ilə mövcud ticarət sazişinə yenidən baxmağı planlaşdırır

 
Böyük Britaniyanın yeni təyin olunmuş baş naziri Kir Starmer Avropa İttifaqı ilə mövcud ticarət sazişinə yenidən baxmağı planlaşdırır.

Edinburqa səfəri zamanı o, bu sazişi “uğursuzluq” adlandırıb.

“Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmaq istədiyimizi deyəndə haqlısınız. Düşünürük ki, Boris Consonun gətirdiyi uğursuz sazişdən daha yaxşı sövdələşmə əldə edə bilərik və bunun üzərində işləyəcəyik”- deyə baş nazir açıqlayıb.

Starmer, Avropa İttifaqı ilə ticarət və müdafiə əlaqələrini gücləndirmək üçün artıq müzakirələrin getdiyini bildirir. O, danışıqların baş diplomatın xaricə ilk səfərini Almaniya, Polşa və İsveçə etdiyi bir vaxtda başladığını deyib.