Böyük Britaniyada nümayişçilər polis idarəsini yandırıb, 3 zabit yaralanıb, hüquq-mühafizə orqanları 8 nəfəri həbs edib
Böyük Britaniyada nümayişçilər polis idarəsini yandırıb, 3 zabit yaralanıb, hüquq-mühafizə orqanları 8 nəfəri həbs edib

Böyük Britaniyanın Sanderlend şəhərində nümayişçilər polis idarəsini yandırıblar. Üç zabit yaralanıb.

“BBC”-nin yazdığı kimi, Sanderlenddəki iğtişaş Sautportda üç qızın öldürülməsi ilə bağlıdır.

Yerli polisin məlumatına görə, asayiş keşikçiləri polis binasını qarət edən və onu yandıran 8 nəfəri həbs edib.

İğtişaşçılar məscidin yaxınlığında toplaşan polislərə daş atıb və bir avtomobili yandırıblar.

Polisin məlumatına görə, iğtişaşçılar islamofob şüarlar və ifrat sağçı fəalları dəstəkləyən şüarlar səsləndiriblər.

Britaniyanın daxili işlər naziri İvette Kuper hadisəyə reaksiya verərək, polis əməkdaşlarına hücumda iştirak edənləri cəzalandıracağını vəd edib.

BBC-nin məlumatına görə, Sanderlenddə iğtişaşlar bütün gecəni davam edib. Avtobus və qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Polis helikopteri də səfərbər edilib.

Məlumat üçün bildirək ki, Böyük Britaniyanın bir sıra şəhərlərində, o cümlədən London və Mançesterdə iğtişaşlara səbəb Sautportda 17 yaşlı gəncin uşaq rəqs məktəbinin şagirdlərinə hücumu ilə bağlı insident olub. Üç qız öldürüldü. Daha səkkiz uşaq yaralanıb. Əvvəlcə hücum edənin radikal islamçı miqrant olduğu barədə məlumatlar yayılıb. Daha sonra məhkəmə hücumçunun kimliyini açıqlayıb. Onun Kardiffdə doğulmuş Aksel Muqanva Rudakubana olduğu üzə çıxıb. Buna baxmayaraq, Böyük Britaniyada miqrantlara qarşı etirazlar və iğtişaşlar dayanmır.