Böyük Britaniyada 17 yaşlı yeniyetmə barəsində üç uşağın qətli üzrə ittiham irəli sürülüb
Böyük Britaniyada 17 yaşlı yeniyetmə barəsində üç uşağın qətli üzrə ittiham irəli sürülüb

 
Böyük Britaniyada 17 yaşlı yeniyetmə barəsində üç azyaşlı qızın qətli üzrə ittiham irəli sürülüb.

“BBC”nin yazdığı kimi, gənc oğlan Sautport şəhərində uşaq rəqs dərnəyində müğənni Teylor Sviftin yaradıcılığına həsr olunmuş tədbirdə soyuq silahla uşaqlara hücum edib.

Üç qız öldürülüb, daha səkkiz uşaq yaralanıb, eləcə yetkinlik yaşına çatmış iki şəxsin vəziyyəti ağırdır.

17 yaşlı yeniyetmə barəsində qəsdən adam öldürmə, qəsdən adam öldürmə məqsədilə hücum və qanunsuz olaraq soyuq silah saxlama maddələri ilə ittiham irəli sürülüb. O, bu gün ilk dəfə məhkəmə qarşısına çıxacaq.

Qeyd edilməlidir ki, Sautportda baş vermiş hücumdan sonra Böyük Britaniyada etiraz dalğası başlayıb. İğtişaşlar nəticəsində 40-dan çox polis yaralanıb. Londonda 100-dən çox nümayişçini saxlayıblar. Nümayişlərə səbəb sosial şəbəkələrdə hücum edənin radikal islamçı miqrant olması ilə bağlı yayılan yalan məlumat olub.

İğtişaşlar səbəbindən Böyük Britaniyanın Baş naziri bu gün polis rəhbərliyi ilə görüşəcək.