Boris Pistorius - Rusiya Ukrayna sərhədlərində dayanmayacaq, o, eləcə də Gürcüstan, Moldova və sonda, NATO üçün də təhlükədir, bu səbəbdən Ukraynaya dəstəyi davam etdirməliyik
Boris Pistorius - Rusiya Ukrayna sərhədlərində dayanmayacaq, o, eləcə də Gürcüstan, Moldova və sonda, NATO üçün də təhlükədir, bu səbəbdən Ukraynaya dəstəyi davam etdirməliyik

 
Rusiya Ukrayna sərhədlərində dayanmayacaq, Rusiya eləcə də Gürcüstan, Moldova və sonda, NATO üçün təhlükədir-bu haqda Almaniyanın müdafiə naziri Boris Pistorius Bundestaqda çıxışı zamanı açıqlayıb.

Almaniyanın Müdafiə Nazirliyinin rəhbəri, Rusiyanın müharibə iqtisadiyyatına keçdiyini və silahlanmağa davam etdiyini bildirib.

“Putinin Ukrayna sərhədlərində dayanacağına inanmamalıyıq. Rusiya Gürcüstan, Moldova və sonda NATO üçün də təhlükədir. Məhz bu səbəbdən Ukraynaya dəstəyi davam etdirməliyik. Yardımımızın dağılmasının təkcə Ukraynanın hava hücumundan müdafiəsi üçün deyil, fəlakətli nəticələri olacaq. Rusiyanın qələbəsi bizə, hamımıza bu gün Ukraynanı dəstəkləməkdən daha baha başa gələcək” – Boris Pistorius açıqlayıb.