Boris Conson - Donald Trampla Ukrayna məsələsini müzakirə etdim və onun bu ölkəni dəstəkləməkdə və demokratiyanı müdafiə etməkdə qətiyyətli olacağına şübhəm yoxdur
Boris Conson - Donald Trampla Ukrayna məsələsini müzakirə etdim və onun bu ölkəni dəstəkləməkdə və demokratiyanı müdafiə etməkdə qətiyyətli olacağına şübhəm yoxdur

 
Böyük Britaniyanın sabiq baş naziri Boris Conson ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşüb. Bu haqda Conson sosial şəbəkədə yazır.

Böyük Britaniyanın sabiq baş nazirinin qeyd etdiyi kimi, tərəflər Ukraynadakı cari hadisələri müzakirə ediblər.

“Mən rəzil hücumdan sonra əla formada olan prezident Trampla görüşməkdən şadam. Biz Ukrayna məsələsini müzakirə etdik və onun bu ölkəni dəstəkləməkdə və demokratiyanı müdafiə etməkdə güclü və qətiyyətli olacağına şübhəm yoxdur”– Boris Conson yazır.