Bolnisidə tədqiq olunmuş 52 nəfərin koronavirusa yoluxması təsdiqlənməyib
Bolnisidə bir az bundan əvvəl laboratoriyadan tədqiqatın cavablarını alıblar.Tədqiq olunmuş 52 nəfərin koronavirusa yoluxması təsdiqlənməyib.Bəhsi keçən bioloji nümunələri epidemioloqlar Bolnisi şəhərində hədəf qrupundan götürüblər.
Bolnisidə sağalan insanların sayı da artıb.Bölgədə Covid 19-dan 75 nəfər sağalıb.
Cəmdə,Bolnisidə Koronavirusa 160 yoluxma halı təsdiqlənib.Onlardan 75-i sağalıb,3-ü isə vəfat edib.
Hazırladı-Sevinc Mustafayeva