Bolnisidə koronavirus ilə əlaqədar 150 nəfərin test cavabını gözləyirlər
Bolnisidən Luqar laboratoriyasına koronavirus ilə əlaqədar 150 nəfərin tədqiq olunası materialı göndərilib.
Onlardan 112-si Qeta(Aşağı Güləver) kəndindən götürülən bioloji nümunədir ,30 nümunə yaxınlıqdakı Potsxveriani(Babakişilər) kəndindən ,8 nümunə isə Bolnisi şəhərindən götürülüb.
Bu vaxt üçün Bolnisidə koronavirusa 145 yoluxma halı qeydə alınır,onlardan 51-i sağalıb,3-ü isə dünyasını dəyişib.
Hazırladı-Sevinc Mustafayeva