Bolnisi rayonunda "Su-25" tipli uçuş aparatının qəzaya uğradığı yerdə istintaq və prosessual hərəkətlər başa çatıb
Bolnisi rayonunda "Su-25" tipli uçuş aparatının qəzaya uğradığı yerdə istintaq və prosessual hərəkətlər başa çatıb

 

Bolnisi rayonunda Gürcüstanın Müdafiə Qüvvələrinə məxsus “Su-25” tipli uçuş aparatının qəzaya uğradığı yerdə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndələri tərəfindən istintaq və prosessual hərəkətlər başa çatdırılıb. Bu haqda Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Qurumun məlumatında, Müdafiə Qüvvələrinin nümayəndələri və Daxili İşlər Nazirliyinin bölmələrinin ərazini tərk etdikləri deyilir.

“İşlə bağlı obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə sübutların toplanılması üçün müvafiq işlər bir neçə hektar ərazidə 24 saatlıq rejimdə aparılırdı. Ekspert kriminoloqların iştirakı ilə hadisə yerinə ətraflı baxış keçirilib.

Nəticədə iş üçün vacib olan sübutlar görülüb və götürülüb. Uçuş aparatının hissələri müəyyən edilib və qara qutu tapılıb. İstintaq çərçivəsində mühüm sənədlər götürülüb, şahidlər dindirilib. Mühəndis-texniki ekspertiza təyin edilib. Kimyəvi, ballistik və video-texniki ekspertizalar planlaşdırılıb.

Baş vermiş fakta nəyin səbəb olmasının müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən Baş Prokurorluğun nəzarəti altında istintaq və prosessual hərəkətlər davam etdirilir. Hadisə ilə bağlı 401-ci maddə ilə cinayət işi açılıb.

Müdafiə Nazirliyi, Müdafiə Qüvvələrinin Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığının pilotu, polkovnik-leytenant Kaxaber Zurabaşvilinin vəfatından bir daha dərin məyusluğunu bildirir, ailəsinə və yaxınlarına başsağlığı verir” -Müdafiə Nazirliyinin bəyanatında deyilir.