Bolnisi Munisipalitetində koronavirusdan sağalananların sayı 51-dək yüksəlib
Bolnisi Munisipalitetində koronavirusdan sağalananların sayı 51-dək yüksəlib

 

Bolnisi Munisipalitetində koronavirusdan daha 2 nəfər sağalıb.

Yerli munisipalitetdən verilən məlumata görə,bu vaxt üçün Bolnisidə cəmdə,51 nəfər sağalıb.

Munisipalitetdə günün sonu üçün 156 nəfərin tədqiq olunası materialı ilə bağlı laboratoriya tədqiqatlarının cavablarını gözləyirlər. Onların əksəriyyəti Qeta (Aşağı Güləver) kəndində təsdiqlənmiş son halların kontaktlarından götürülmüş nümunələrdir,həmçinin bir hissəsi   Muşevani(Dəllər) kəndində təsdiqlənmiş  halların kontaktlarının tədqiq olunası materialıdır.Hər iki yaşayış məntəqəsində ciddi karantin rejimi qüvvədədir və yerdəyişmə qadağan olunub.

Bolnisidə bu vaxt üçün koronavirusa 139 yoluxma halı təsdiqlənib,onlardan 51-i sağalıb,3-ü isə dünyasını dəyişib.78 nəfər özünü təcrid edib,69 nəfər isə karantindədir.

 

Hazırladı-Sevinc Mustafayeva