Bolqarıstanda pirotexnika fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb
Bolqarıstanda pirotexnika fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb

Bolqarıstanda pirotexnika fabrikində baş verən partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Bu barədə Bolqarıstan mediası ölkə prokurorluğuna əsaslanaraq məlumat yayıb.

Məlum olduğu kimi, hadisə yerindən tapılan meyitlərin şəxsiyyəti müəyyənləşdirilir. Partlayış zamanı onlar anbarda olublar.

Prokurorluğun məlumatına görə, ərazidə axtarışlar hələ də davam etdiyindən zərərçəkənlərin sayı arta bilər.

Xatırladaq ki, hadisə iyulun 25-də Bolqarıstanın paytaxtı yaxınlığındakı Elin Pelin qəsəbəsində baş verib. Partlayışlara pirotexnika fabrikində baş verən yanğın səbəb olub.