Bolqarıstanda pirotexnika fabrikində baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb
Bolqarıstanda pirotexnika fabrikində baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb

Bolqarıstanda pirotexnika fabrikində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb. “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına və həkimlərə əsaslanaraq bu barədə məlumat yayıb.

Hadisə dünən axşam saatlarında paytaxt Sofiya yaxınlığındakı Elin Pelin qəsəbəsində baş verib. Partlayışlara pirotexnika fabrikində baş verən yanğın səbəb olub.

Yerli sakinlərin sözlərinə görə, partlayış səsləri bütün gecə və səhər saatlarında eşidilib.

Polis fabrikin ətrafını mühasirəyə alıb, hərbi mütəxəssislər hadisə yerində işləyir.