"Bloomberg" - Viktor Orban Floridada Donald Trampla görüşəcək
"Bloomberg" - Viktor Orban Floridada Donald Trampla görüşəcək

 
Macarıstanın Baş naziri Viktor Orban ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşəcək.

Bu barədə “Bloomberg” anonim mənbəyə istinadən yazır.

Nəşr yazır ki, Orban və Tramp arasında görüş NATO sammitindən sonra Floridada Mar-a-Laqoda keçiriləcək.

Mənbənin “Bloomberg”ə xəbər verdiyi üzrə, bu görüş qeyri-rəsmi olacaq.

Qeyd edilməlidir ki, Orban keçən həftə bir neçə səfər edib. Macarıstanın lideri əvvəlcə Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedib, daha sonra Kremldə Vladimer Putinlə danışıqlar aparıb və Si Dzinpinlə görüşmək üçün Çinə gedib.