Birləşmiş Krallıq və Almaniya müdafiə paktı imzaladılar
Birləşmiş Krallıq və Almaniya müdafiə paktı imzaladılar

Birləşmiş Krallıq və Almaniya müdafiə paktı imzaladılar.

Almaniyada Böyük Britaniyanın müdafiə naziri Con Hill və Almaniyanın müdafiə naziri Boris Pistorius tərəfindən imzalanan saziş iki ölkə arasında müdafiə sənayesinin gücləndirilməsi, Avro-Atlantik təhlükəsizliyin gücləndirilməsi, birgə əməliyyatların təkmilləşdirilməsi və s. əhatə edir.

Birləşmiş Krallığının müdafiə nazirinin bildirdiyinə görə, “onun Almaniyaya səfəri Avropa təhlükəsizliyinin xarici və müdafiə məsələlərində hökumətin əsas prioriteti olacağına dair açıq mesajdır”.

Qeyd etmək lazımdır ki, Birləşmiş Krallıq və Almaniya söhbət hərbi yardıma gəldikdə Ukraynaya ən böyük Avropa yardımçıları, həmçinin NATO-nun hərbi büdcəsinə ən böyük Avropa donorlarıdır.

Bununla yanaşı, “Politico”nun yazdığı kimi, Avropa liderləri Donald Trampın Ağ Evə qayıtmasının Avropanın təhlükəsizliyi üçün fəlakət olacağından ehtiyat edirlər. Ehtimal olunur ki, Vaşinqton gələn ildən Ukraynaya dəstəyini kəskin şəkildə azaldacaq və bu narahatlıq Cey Di Vensin vitse-prezidentliyə namizəd kimi irəli sürülməsindən sonra daha da dərinləşib. Vens dəfələrlə , Vaşinqtonun Kiyevə yazdığı “boş çeklərin” əleyhinə olduğunu qeyd edib.