Bir qrup siyasi donor, vətəndaş liderləri və biznes nümayəndələri Co Baydeni prezident seçkilərindən geri çəkilməyə çağırıb
Bir qrup siyasi donor, vətəndaş liderləri və biznes nümayəndələri Co Baydeni prezident seçkilərindən geri çəkilməyə çağırıb

Nüfuzlu siyasi donorlar, vətəndaş liderləri və biznes nümayəndələrindən ibarət qrup ABŞ prezidenti Co Baydenə məktub göndərərək onu yenidən prezidentliyə namizəd olmaqdan imtina edərək, “irsini möhkəmləndirməyə” çağırıb. Bu barədə “Washington Post” yazır.

“Demokratiyamız və millətimizin gələcəyi naminə sizi seçkidən geri çəkilməyə hörmətlə çağırırıq”. – 168 nəfərin imzaladığı bəyanatda qeyd olunur.

Bundan əlavə, qrup məktubda Donald Trampın seçiləcəyi təqdirdə inkişaf edəcək hadisələri vurğulayıb.

“Biz Donald Trampın ikinci müddətinin təhlükələri barədə açıq danışdıq. Amerika üçün risklər ağırdır: qlobal və daxili qeyri-sabitlik, müttəfiqlərimizin tərk edilməsi, qohum kapitalizm, siyasi qisas, qadınların və digər qrupların hüquqlarının pozulması”, – məktubda deyilir.