"Bild" - Viktor Orban Avropa İttifaqını Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə çağırır
"Bild" - Viktor Orban Avropa İttifaqını Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə çağırır

 
Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqını Rusiya Federasiyası ilə diplomatik münasibətləri bərpa etməyə çağırır-bu haqda Almaniyanın “Bild” nəşri yazır.

Viktor Orban Avropa Şurasının Prezidenti Şarl Mişelə Rusiya Federasiyası ilə diplomatik münasibətləri bərpa etməyi təklif etdiyi məktub göndərib.

Nəşrin yazdığı kimi, məktubda Orban Mişelə Ukrayna, Rusiya, Çin və Türkiyənin liderləri və Donald Trampla son danışıqları haqda “qısa qiymətləndirməsini”, eləcə də “müzakirə üçün təkliflər verir”.

Məktubda Orban “Sülh konfransı”nda Çinlə danışıqlara başlamağı və Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə çağırır.

Macarıstanın Baş naziri Trampla danışıqlar haqqında da yazır və hazırkı prezident Co Baydeni tənqid edir, Orban bildirir ki, o, “ABŞ-ın hazırkı hərbi siyasətini dəyişə bilmir və müvafiq olaraq, yeni siyasətə başlaya bilmir”.

Macarıstanın Baş naziri Trampın seçkilərdə qələbəsinin Avropa İttifaqına baha başa gələcəyinə dair Şarl Mişelə xəbərdarlıq edir.

“Əminəm ki, prezident Trampın ehtimal olunan qələbəsi halında, Ukraynaya maliyyə dəstəyi baxımından ABŞ və Avropa İttifaqı arasında maliyyə yükü Avropa İttifaqının əleyhinə xeyli dəyişəcək”- Viktor Orban bildirib.