Bidzina İvanişvili "Christie's" hərracında Milli Muzeyə veriləcək İoane-Zosimenin nadir əlyazma kitabını satın alıb
Bidzina İvanişvili "Christie's" hərracında Milli Muzeyə veriləcək İoane-Zosimenin nadir əlyazma kitabını satın alıb

 

Bidzina İvanişvili “Christie’s” hərracında Milli Muzeyə veriləcək İoane-Zosimenin nadir əlyazma kitabını satın alıb-bu haqda “Gürcü Arzusu”nun Kommunikasiya Şöbəsinin rəhbəri Qiorqi Qrdzelişvili sosial şəbəkədə yazır.

“Daha bir tarixi xeyriyə və ölkə üçün zəruri iş! Bidzina İvanişvili “Christie’s” hərracında İoane-Zosimenin Sinay dağı kolleksiyasından (V-VII əsrlər) aramey və gürcü dillərində olan əlyazmasını bir milyon funt-sterlinqə alıb. Nadir əlyazma Milli Muzeyə hədiyyə olaraq veriləcək!”- deyə Qrdzelişvili tərəfindən yayılmış məlumatda qeyd olunub.

Hərracda Sinay dağı kolleksiyasından (V-VII əsrlər) aramey və gürcü dillərində olan gürcü əlyazması təqdim olunmuşdu. Mətnin bir hissəsi rahib İoane-Zosimen tərəfindən köçürülüb və onun qiyməti 1.000.000 – 1.500.000 funt sterlinq olub. Əlyazma xristian Fələstinin aramey dilində tərtib edilmiş ən mühüm fraqmentlərdən biridir. Melkian xristian icması Qərbi Aramey ləhcəsindən V-VIII əsrlərdə Fələstində və Trans-İordaniyada istifadə edirdi. Yalnız bir neçə yazı ( kitabə), palimpsestlərdə (səhifələri yuyulduqdan sonra təkrar yazı materialı kimi istifadə edilmiş əlyazmalar) və əlyazmalarda qorunub saxlanılır. Əlyazma İncilin ən qədim mətnlərini aramey dilinin ən yaxın dialektində – İsanın ləhcəsində ehtiva edir.

Palimpsest məşhur xəttat, müəllif, tərcüməçi və cildçəkən, rahib İoane-Zosimen tərəfindən köçürülüb. Gürcü mətni ilə yazılıb və X əsrin Sinayın Müqəddəs Ekaterine monastırında qorunub saxlanılıb.